Maşını olanların NƏZƏRİNƏ – VİDEO

Hazırda oxunan: Maşını olanların NƏZƏRİNƏ – VİDEO

601965

İranla ABŞ arasında baş verən hərbi münaqişə avtomobil ehtiyat hissələri bazarına da təsir edib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, regiondakı gərginlik logistik çətinliklər yaratdığından, xüsusilə, Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiymətində artım müşahidə olunur.
 

Sahibkarların sözlərinə görə, Dubaydan Çin və Amerika istehsalı olan avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub.


Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşrutlardan istifadə isə avtomatik olaraq qiymətlərin artmasına səbəb olur.

Bundan əlavə, birbaşa uçuşların dayandırılması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərclərin yaranmasına gətirib çıxarır.

Sahibkarların sözlərinə görə, bazarda bəzi ehtiyat hissələrinin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin