Yardımlıda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Hazırda oxunan: Yardımlıda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

601954

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, tədbirlər nəticəsində 30 yaşlı Orxan Verdiyev və 34 yaşlı İlham Abbasov saxlanılıblar.

Onlardan müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdikləri 9 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin