Gəncədə avtomobil anidən alışıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Depo qəsəbəsində baş verib.
İlkin məlumata görə, "ZAZ 1102" Tavriya markalı avtomobil tamamilə yanaraq sıradan çıxıb.
Əraziyə FHN-in Gəncə Regional Yanğından Mühafizə İdarəsinin iki yanğın söndürən avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb edilib.
Edilən müdaxilə nəticəsində yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu






































































































