MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Hazırda oxunan: MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

601922

MLS rəhbərliyi çempionatın təqvimində dəyişiklik etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, 2027/2028 mövsümündən etibarən liqa "yay-payız" sistemindən "payız-yaz" sisteminə keçəcək.
 

Bu qərardan əvvəl növbəti ilin fevral-may aylarını əhatə edən və cəmi 14 turdan ibarət olan qısaldılmış keçid mövsümü təşkil olunacaq.


Cari mövsümdə isə pley-off mərhələsi noyabrın 18-də başlayacaq və hər iki konfransdan ilk 9 pilləni tutan komandalar mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, dekabrın 20-nə planlaşdırılan MLS Kubokunun final matçı daha yüksək reytinqə malik komandanın meydanında baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin