Tələbə və müəllimlər üçün peyvənd sertifikatına dair YENİ TƏLƏB

Hazırda oxunan: Tələbə və müəllimlər üçün peyvənd sertifikatına dair YENİ TƏLƏB

60191

Bu gündən bütün elm və təhsil müəssisələri işçiləri və tələbələr üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minir.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabineti 30 dekabr 2021-ci il tarixində “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bu il fevralın 1-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçiləri üçün (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərdən restoran və ticarət mərkəzlərində “buster” doza tələb olunacaq


O cümlədən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilirdi. Bu halda da təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna idi.

Qərara əsasən, bu gündən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.

O cümlədən fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.

Bu halda yenə də təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olacaq.

Qeyd edək ki, bu gündən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin