Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

601896

Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun, Yeniabad və Qapanlı kəndlərinin qaz təminatı dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 

Bildirilib ki, qaz təchizatının dayandırılması Şəmkir RQİİ-nin Kür qazpaylayıcı stansiyasından qidalanan Kür qəsəbə qaz kəmərində "Təmiz Qaz" QSC tərəfindən aşkar edilmiş qaz sızmasının və itkisinin aradan qaldırılması ilə əlaqədardır.


Təmir işləri zamanı ümumilikdə 3 369 abonentin qaz təchizatı dayandırılacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin