Binəqədi rayonunda qadının üzərinə kimyəvi maddə tökərək ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, hadisə martın 15-də Binəqədi rayonu 28 May qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü qadın dayanacaqda olarkən əvvəllər münasibətdə olduğu 1986-cı il təvəllüdlü Alim Babayev tərəfindən üzərinə kimyəvi yandırıcı maddə tökülüb. Nəticədə qadın üz və sol qol nahiyəsindən yanıq xəsarətləri alıb.
Cinayəti törədib hadisə yerindən qaçan həmin şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:33 / 16.03.2026
Binəqədidə keçmiş sevgilisi qadının üzərinə YANDIRICI MADDƏ TÖKDÜ
Hazırda oxunan: Binəqədidə keçmiş sevgilisi qadının üzərinə YANDIRICI MADDƏ TÖKDÜ
Hazırda oxunan: Binəqədidə keçmiş sevgilisi qadının üzərinə YANDIRICI MADDƏ TÖKDÜ
601853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































