İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya müvəqqəti olaraq Bakıda fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "X" hesabında yazıb.
"İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq İsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib.
Səfirlik Bakıda işini davam etdirir. Tehranda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlər Nazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyi tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", - nazir qeyd edib.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:03 / 16.03.2026
İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir – FOTO
Hazırda oxunan: İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir – FOTO
Hazırda oxunan: İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir – FOTO
601827
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































