Sabunçuda doğuş zamanı dünyasını dəyişən 53 yaşlı qadının ölüm səbəbi açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzi məlumat yayıb.
Bildirilib ki, martın 10-da 1973-cü il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub. Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb.
14 mart tarixində saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb:
"Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib. Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib. Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.
15 mart tarixində saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:09 / 16.03.2026
Sabunçuda doğuş zamanı ölən 53 yaşlı qadın əkiz dünyaya gətiribmiş... - DETALLAR
Hazırda oxunan: Sabunçuda doğuş zamanı ölən 53 yaşlı qadın əkiz dünyaya gətiribmiş... - DETALLAR
Hazırda oxunan: Sabunçuda doğuş zamanı ölən 53 yaşlı qadın əkiz dünyaya gətiribmiş... - DETALLAR
601810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































