Nura Suri məhkəmədə UDUZDU

Hazırda oxunan: Nura Suri məhkəmədə UDUZDU

601801

Xəbər verildiyi kimi müğənni Nura Suri ilə Demokrat.az saytı arasında baş verən qalmaqal məhkəmə müstəvisinə daşınıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı işə Salyan Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesinə hakim Vəsilə Əliyeva sədrlik edib.

Müğənni Nura Suri Demokrat.az saytına qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıb. 1(5-152)-8/2026 saylı cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Mübahisənin yaranmasına səbəb müğənni Nura Surinin sosial şəbəkələrdə səsləndirdiyi ittihamlar olub.

Belə ki, müğənni iddia edib ki, guya Demokrat.az saytı Mədəniyyət Nazirliyindən maliyyə dəstəyi aldığı üçün nazirliyin mövqeyini müdafiə edir. Onun sözlərinə görə, bu səbəbdən sayt mədəniyyət sahəsində yaranan mübahisələrdə nazirliyi müdafiə edir, əvəzində isə müğənniləri, mahnı müəlliflərini və bu “söz davasında” sosial şəbəkələrdə fəal olan şəxsləri tənqid edən materiallar dərc edir.

Məhkəmə araşdırmaları nəticəsində müğənninin iddiaları rədd olunub.  

Daha sonra Nura Suri Demokrat-az saytına və onun rəhbərinə qarşı mülkü qaydada da 5 min manat təzminat tələbi ilə iddia qaldırıb. 
 

Bu gün Salyan Rayon Məhkəməsində baxılan məhkəmə prosesində Nura Suri Demokrat.az saytına uduzub.


Beləliklə, tərəflər arasında sosial şəbəkələrdə başlayan qalmaqal hüquqi müstəvidə davam etsə də, hər iki qaydada keçirilən məhkəmə Nura Surinin iddialarının əsaslı olmadığını ortaya qoyub.

Xatırladaq ki, bundan əvvəl də Manşet.az saytının baş redaktoru Əli Vəliyevlə  Almaxanım Əhmədli və onun atası arasında məhkəmə çəkişməsi yaşanmışdı.

Məlumata görə, tərəflər arasında yaranan mübahisə dərc edilən materiallarla bağlı olub və məsələ hüquqi müstəviyə daşınıb. İşə Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baxılıb. 

Müğənni Almaxanım Əhmədli və atası Vüqar Əhməd məhkəmədə Manşet.az saytının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə uduzub.

Məhkəmə qərarına əsasən, müğənni Almaxanım Əhmədli jurnalistdən üzr istəməli, təkzib verməli və onun barəsində sosial şəbəkələrdə yazdığı bütün paylaşımları silməlidir.

Qeyd edək ki, hər iki məhkəmə prosesində - müğənni Nura Surinin və Almaxanım Əhmədlinin hüquqlarını müdafiə edən vəkil Hüseyn İsmayılov olub. 

Tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin