“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.
Bizim.Media xəbər verir ki, bu gün saat 09:00-dan 12:00-dək 4 Azərbaycan vətəndaşı sərhədi keçərək təhlükəsiz şəkildə ölkə ərazisinə təxliyə olunub.
Təxliyə edilən vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.
Hazırda sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam etdirilir.



Bizim.Media
































































































