Martın 15-də Lütfizadə adına riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqəsinin rayon turu keçirilib.
Bizim.Media xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində riyaziyyat-məntiq olimpiadasının və məktəblilərarası fənn müsabiqəsinin rayon turu 7 mərkəzdə təşkil olunub.
Rayon mərhələsində ümumilikdə 2166 şagird iştirak edib.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri isə müsabiqədə Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbdə təşkil olunan mərkəzdə imtahan veriblər.
Qeyd edək ki, olimpiada və müsabiqələrin keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, fənlər üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, istedadlı şagirdlərin aşkar olunması və onların növbəti mərhələlərə hazırlanmasıdır.







Bizim.Media






























































































