Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın xəbərinə görə, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.
Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən “VAZ-2106” yol kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Rövşən İsmayılov, sərnişini Elçin Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü Saya Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü Günel Mehralıyeva xəsarət alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, faktla bağlı araşdırma aparılır.
Bizim.Media

































































































