Naxçıvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan–Ordubad magistral yolunun 30-cu kilometrliyində qeydə alınıb.
Belə ki, 72-BF-530 dövlət qeydiyyat nişanlı "Renault Megane" markalı avtomobil idarəetmədən çıxaraq, su kanalına aşıb.
Qəza nəticəsində Ramin Əliyev, Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:42 / 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var
Hazırda oxunan: Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var
Hazırda oxunan: Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var
601562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































