Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

Hazırda oxunan: Bayram öncəsi bazarlarda SON QİYMƏTLƏR - VİDEO

601558

1 həftə sonra ölkədə bayram bayrama qarışacaq. Bu ərəfəlrdə insanların ən çox üz tutduğu yerlərdən biri də bazardır.

Bəs qiymətlər necədir?

Bizim.Media xəbər verir ki, satıcılar deyirlər ki, bayrama az qalsa da, çərəzlərin qiymətində artım yoxdur.

Meyvə-tərəvəzlərin qiymətində də ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloqramı 4-5, portağal isə 3-4 manatadır.

Pomidorun kiloqramı 4 manat-4,50 qəpik, xiyarın kiloqramı isə 3 manat-3,50 qəpik arasında dəyişir.

Süfrələri bəzəyəcək səmənilər də artıq satışa çıxıb. Qiymətləri 1 manatdan başlayır, 8 manata qədər davam edir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin