Biləsuvarda orta məktəb bağlanır? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Biləsuvarda orta məktəb bağlanır? - RƏSMİ AÇIQLAMA

601536

Biləsuvar rayonunun Günəşli kəndinin sakinləri kənd məktəbinin bağlanacağı ilə bağlı yayılan xəbərlərə görə narahatdır.

Sakinlər Bizim.Media-nın yerli bürosuna bildiriblər ki, 1959-cu ildə yaradılan və hazırda Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbi kimi fəaliyyət göstərən təhsil ocağının qonşu Ağayrı kəndindəki məktəblə birləşdiriləcəyi barədə məlumat yayılıb.

Kəndlilər deyirlər ki, məktəbdə 210 şagird təhsil alır və o, I Qarabağ müharibəsi şəhidi Fazil Hökməliyevin adını daşıdığı üçün kənd üçün xüsusi mənəvi əhəmiyyətə malikdir. Onların sözlərinə görə, məktəbin bağlanması uşaqların, xüsusilə qızların təhsildən yayınmasına səbəb ola bilər.

Məsələ ilə bağlı Salyan-Şirvan Regional Təhsil İdarəsindən isə bildirilib ki, məktəbin bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin