Bakıda İMƏCİLİK: 537 küçə yuyuldu - FOTO

Hazırda oxunan: Bakıda İMƏCİLİK: 537 küçə yuyuldu - FOTO

601530

Martın 14-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə iməcilik keçirilib.

Şəhər icra hakimiyyətinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektləri yuyulub, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Paytaxtdakı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.

İməcilik paytaxtın bütün rayonlarını əhatə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin