"Nə yaxşı mənim uşaqlarım elə olmadı" - VİDEO

Hazırda oxunan: "Nə yaxşı mənim uşaqlarım elə olmadı" - VİDEO

601524

"Nəsil dəyişib. Bizim valideynimiz küçədən evə gətirə bilmirdi. İndi valideyn qorxur uşağı həyətə buraxmağa. O vaxt heç nə bu qədər inkişaf etməmişdi, hündür evlər yox idi. Valideyn qorxmurdu ki, yuxarıdan nəsə uşağın başına düşəcək".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Əsas çözüm" yutub layihəsində deyib. Müğənni valideyn-övlad münasibətlərindən danışıb:

"Valideyn deyir ki, mən əziyyət çəkmişəm, uşağım çəkməsin. Evlənirlər, uşaq deyir, xanım xoşuma gəlmir. Valdieyn qayıdır ki, bu qız xoşuna gəmir, gedək başqasını alaq. Burada nə var? Əvvəl valideynlər otururdu, deyir, niyə belə oldu? Birlikdə məsləhətləşək, həll edək. Ağsaqqallar yığışardı. İndi valideynin uşağa verdiyi tərbiyəni başa düşmürəm. Övladlarıma bacardığımı etmişəm. Əminəm ki, mənim uşaqlarım belə deyil. Onlarla fəxr edirəm. Hərdən xanımımla oturub deyirik ki, nə yaxşı bizim uşaqlar belə oldu, elə olmadı.

Məktəb istəyir qızıldan olsun, oxumayan uşaq həmin yüksək qiyməti almayacaq. Ucqar kənddə elə uşaqlarımız var ki, yüksək bal toplayırlar. Ona görə də hər şeyi uşağa balacalıqdan sevdirmək lazımdır". (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin