Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Hazırda oxunan: Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

601518

Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda ziyarətçilər üçün xüsusi bayram guşəsi hazırlanıb.

Bulvar İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu il bayram məkanının tərtibatında daha fərqli və dinamik üsluba üstünlük verilib.

Həmçinin, baharın gəlişini və Novruzun ruhunu əks etdirən dekorativ elementlərdən geniş istifadə olunub. Park estetikasına uyğun şəkildə qurulan guşədə Novruz atributları, baharı və yenilənməni simvolizə edən müxtəlif dekorativ elementlər quraşdırılıb, məkan mövsümi çiçəklərlə bəzədilib.
 

Məkanın tərtibatında əsas məqsədlərdən biri ziyarətçilərin buraya daxil olan kimi baharın təravətini hiss etmələrinə şərait yaratmaq olub. Bu məqsədlə guşədə güllər və çiçəklərlə zəngin dekorativ kompozisiyalar qurulub, baharın ab-havasını və rəngarəngliyini əks etdirən elementlərdən istifadə olunub.


Eyni zamanda Novruz ənənələrini və baharın təravətini əks etdirən fotokünclər yaradılıb.

Ziyarətçilər bu məkanlarda xatirə şəkilləri çəkdirərək bayram ab-havasını daha yaxından hiss edə biləcəklər.

Hazırlanan bayram guşəsində həm böyüklər, həm də uşaqlar üçün istirahət imkanları nəzərə alınıb. Məkan ziyarətçilərin asudə vaxtını daha maraqlı və rahat keçirməsi üçün park estetikasına uyğun şəkildə təşkil olunub, uşaqların əyləncəsi də diqqətdə saxlanılıb.

Dənizkənarı bulvarda təşkil olunan bayram yarmarkaları və tematik guşələrin hazırlanması son illər daha maraqlı və zəngin məkan yaratmağa xüsusi diqqət yetirildiyinin əyani sübutudur. Bu istiqamətdə görülən işlərdə məqsəd hər yeni layihənin əvvəlki illərlə müqayisədə daha cəlbedici olmasıdır.

Bu il də hazırlanmış bayram guşəsi ziyarətçilərə Novruzun sevincini və baharın təravətini hiss etdirmək məqsədi daşıyır.

Bizim.Media-nın bayram ab-havalı Bakı bulvarından hazırlanmış fotoreportajını təqdim edirik:




















Naibə Məmmədova, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin