4 tanınmış telefon markası tarix olur

Hazırda oxunan: 4 tanınmış telefon markası tarix olur

601481

"Samsung" bir neçə məşhur smartfon modeli üçün proqram və təhlükəsizlik yeniləmələri dəstəyini rəsmi olaraq dayandırıb.

Bizim.Media xəbər verir ki, söhbət "Samsung Galaxy A03s", "Samsung Galaxy A52s", "Samsung Galaxy F42 5G" və "Samsung Galaxy M32 5G" modellərindən gedir.
 

Şirkətlərin tətbiq etdiyi siyasətə görə, smartfon istehsalçıları bazara çıxardıqları cihazlara müəyyən müddət ərzində proqram və təhlükəsizlik yeniləmələri təqdim edirlər. Bu müddət başa çatdıqdan sonra isə həmin modellər rəsmi dəstək siyahısından çıxarılır.


Mütəxəssislərin fikrincə, sözügedən telefonlar fiziki olaraq istifadə edilməyə davam edə bilər. Lakin proqram və təhlükəsizlik yeniləmələrinin dayandırılması cihazların zaman keçdikcə təhlükəsizlik boşluqlarına qarşı daha həssas olmasına səbəb ola bilər.

Ekspertlər bildirirlər ki, yeniləmə dəstəyi bitən smartfonlar qısa müddətdə işlək qalsa da, uzunmüddətli istifadədə həm təhlükəsizlik, həm də performans baxımından müəyyən risklər yarada bilər. Buna görə də istifadəçilərə mümkün olduqda daha yeni modellərə keçmək tövsiyə olunur. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin