Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

Hazırda oxunan: Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

601472

Ötən il 188 nəfər universitetlərə müsabiqədənkənar qəbul olunub.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
 

Hesabata görə, onlardan 1 nəfər beynəlxalq fənn olimpiadası,72 nəfər respublika fənn olimpiadası, 82 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ qazanıblar.


33 nəfər isə beynəlxalq səviyyədə akreditasiya olunan təhsil proqramı (İB) üzrə təhsil aldığı üçün universitetlərə imtahansız qəbul olunub və müvafiq ixtisaslara yerləşdiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin