Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Bizim.Media ANAMA-ya istinadən xəbər verir ki, fevralın 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 23, tank əleyhinə 11 mina və 43 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Yerli şirkət minatəmizləmə əməliyyatlarına cəlb olundu
Həftə ərzində 102,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Bizim.Media