Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU

Hazırda oxunan: Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU

601404

Rusiyanın Tuapse şəhər məhkəməsi prokurorluğun “Sipayn Resort” adlı tikilməkdə olan kurort kompleksinin Rusiya Federasiyasının gəlirinə keçirilməsi ilə bağlı iddiasını icraata qəbul edib.

Bu kompleksin benefisiarı azərbaycanlı iş adamı Şahlar Novruzov hesab olunur.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, dəyəri təxminən 8 milyard rubl olan obyektin 2026-cı ildə açılması planlaşdırılsa da, hazırda tikinti işləri yalnız yarıya qədər tamamlanıb.

Məlumata görə, Tuapse rayon məhkəməsi eyni adlı kurort kompleksinin tikintisini həyata keçirən “Sipayn Resort” MMC-nin əmlakına həbs qoyub.

Həbs qoyulan əmlakın sırasına Tuapse rayonunun Sosnovıy qəsəbəsində yerləşən, sahəsi 56 min kvadratmetr olan və hazırda 56% tikinti səviyyəsində olan yarımçıq rekreasiya kompleksi, həmçinin ona məxsus torpaq sahəsi daxildir.

“Sipayn Resort” şirkətinin aktivləri ilə yanaşı, məhkəmə şirkətin benefisiarı olan azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakına da həbs qoyub. Həbs qoyulan əmlaklar arasında Tuapse rayonunda torpaq sahələrindəki payları da var. Bundan əlavə, təminat tədbirləri çərçivəsində Novruzovun yaşayış evi, bank hesablarındakı vəsaitlər, həmçinin “Mercedes” və “Lexus” markalı avtomobilləri də həbs edilib.

Bütün bu qərarlar Tuapse rayonlararası prokurorunun Şahlar Novruzova məxsus əmlakın dövlət gəlirinə keçirilməsi ilə bağlı iddiasına baxılmağa hazırlıq mərhələsində qəbul edilib.

İttihamlar Tərxan Həsənzadəyə (Şahlar Novruzovun qardaşı oğlu və Sipayn Resort şirkətinin baş direktoru) və podratçı şirkətin rəhbəri Rasim Cabbarova qarşı irəli sürülüb.

2025-ci ilin noyabrında isə Şahlar Novruzov və onun etibarlı şəxsləri ən böyük aktivlərini itiriblər: Krasnodar diyarı Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Tuapse Dəniz Kommersiya Limanı, “Predpriyatiye TMKP”, “Dar Frut” və “Temryuk Dəniz Yükötürmə Terminalı” şirkətlərinin dövlət xəzinəsinə keçirilməsi barədə qərar çıxarıb. Bu şirkətlər Şahlar Novruzova və onun tərəfdaşlarına, o cümlədən Georgiu Yorgus (Kipr) və Vonixel Limited (Britaniya Vircin adaları) şirkətinə məxsus olub.

Məhkəmə müəyyən edib ki, xarici dövlətlərin rezidentləri Rusiya üçün strateji əhəmiyyət daşıyan aktivlərin əldə edilməsi qaydalarını pozublar. Nəticədə qanunsuz əməliyyatlar səbəbindən Qara dəniz sahilində yerləşən və mühüm nəqliyyat infrastrukturu yaxınlığında olan Tuapse limanındakı yükaşırma obyektləri xarici sahiblərin nəzarətinə keçmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin