Qusarda nəvəsi də şəhid olan şəhidin ailəsi ziyarət edildi - FOTO

Hazırda oxunan: Qusarda nəvəsi də şəhid olan şəhidin ailəsi ziyarət edildi - FOTO

601398

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov rayonun Zindanmuruq kəndində şəhid ailəsini ziyarət ediblər.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, görüş zamanı şəhid Xeyirbala Eyvazovun həyat yoldaşı Səhərnaz Eyvazova və ailə üzvləri ilə səmimi söhbət aparılıb, şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanılıb.

Görüş zamanı Sahir Məmmədxanov şəhidlərimizin əziz xatirəsinin hər zaman böyük ehtiramla yad olunduğunu bildirib.

Qeyd edək ki, Xeyirbala Qeysəddin oğlu Eyvazov 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə göndərilən İL‑76 təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olub. Şəhidin nəvəsi Ruslan Mövlan oğlu Cəfərov da Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin