83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya məlumat verilib.
“Biləcəri qəsəbəsindən Təbriz küçəsi istiqamətində fəaliyyət göstərən 83 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin dəyişdirilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə daxil olan müraciətlər nəzərə alınaraq marşrutun Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi və Asəf Zeynallı küçələrinin kəsişməsində yerləşən dairəyədək uzadılması məqsədəuyğun hesab edilib.
Martın 14-dən 83 nömrəli müntəzəm marşrut yeni hərəkət sxemi üzrə fəaliyyət göstərəcək”, - məlumatda qeyd olunub.
Bizim.Media





























































































