Lənkəranlı sitrusçular qışda yetişən sortlar yetişdirir.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, sitrusçuları bu sortları becərməyə həvəsləndirən satış bazarında üstünlüyü saxlamaq istəyidir.
Çünki sitrus meyvəsi olan naringinin ənənəvi yetişmə dövrü payız ayları olduğundan bazarlarda məhsul bolluğu yaranır və qiymətlər enir. Bu isə təsərrüfat sahiblərinin daha çox mənfəət əldə etməsini əngəlləyir. Bu səbəbdən də məhsuldarlıq baxımından sərfəli, soyuğa, şaxtaya davamlı sortların əldə olunaraq çoxaldılması zərurətə çevrilir.
Separadi kəndində 130 hektar sahədə yaradılan intensiv bağçılıq təsərrüfatında 40 hektar sahədə Türkiyədən gətirilən “W murqut” - naringi sortu əkilib.
Təsərrüfatın aqronomunun bildirdiyinə görə, bu sort əkiləndən 3 il sonra meyvə verir. 5-ci ildən sonra məhsuldarlığı ilbəil artır:
“Təsərrüfatdakı ağaclar ikinci ildir ki, məhsul verir. Bu sort naringi meyvəsinin kütləsi və sululuğunun daha çox olması ilə yanaşı , ağacda saxlama müddəti də artıqdır. Ağaclar tam məhsuldar yaşa çatdıqda hər biri 70-80, hətta 100 kq-dək məhsul vermə qabiliyyətinə malikdir. Təsərrüfatda ağacları şaxtadan qoruyan xüsusi pərli qurğular quraşdırılıb ki, bunlardan hər biri 6 hektar sahədə olan bitkiləri – 7 0 C-dək şaxtada donvurmadan qoruya bilir”.
Təsərrüfatda çalışan türkiyəli mütəxəssis narİnginin “W-Murqut” sortunun Rusiya və Avropa bazarlarında tanındığını və gələn ildən təsərrüfatda yetişdirilən məhsulun Rusiya bazarlarına çıxarılacağı barədə də sövdələşmənin olduğunu bildirir. Hələlik məhsul yalnız ölkədaxili bazarlarda satılır.
Daha bir sitrus meyvəsi olan “Hollabonq”un isə Vətəni Cənubi Koreyadır. Bu sitrus bitkisinə də Lənkəranda maraq böyükdür.
Dadı, ətri fərqli olan “Hollabonq” bitkisi qışda polietilen örtüklər altında yetişdirilir. Ağacın 8 -100 C, meyvəsinin isə 20 C şaxtaya davamiyyəti var. Hər bir meyvəsi 350-400qram, hətta 500-600 qramadək çəkidə ola bilir.
Ümumi orta məhsuldarlığı hektara 30-35 ton olan “Hollabonq” un təsərrüfatçılar üçün faydalılığı çox olduğundan bir neçə il ərzində meyvə bağlarının sahəsi 15 hektardan 78 hektara qədər artırılıb.
Qeyd edək ki, hazırda Lənkəranda 1427 hektar sitrus və subtropik meyvə bağı var ki, bununda 85 faizi məhsuldardır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 14.02.2022
Lənkəranda qışda sitrus meyvələrinin yetişdirilməsinə BAŞLANDI – Bol sulu, şaxtaya davamlı…
Hazırda oxunan: Lənkəranda qışda sitrus meyvələrinin yetişdirilməsinə BAŞLANDI – Bol sulu, şaxtaya davamlı…
Hazırda oxunan: Lənkəranda qışda sitrus meyvələrinin yetişdirilməsinə BAŞLANDI – Bol sulu, şaxtaya davamlı…
0:00
0:00
60136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.