Samux rayonunda sərxoş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon məşğulluq idarəsini gülləyə tutmaqla hədələyib.
Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, rayonun Əhmədbəyli kənd sakini, 1966-cı il təvəllüdlü Ənvər Ağayev (adı və soyadı şərtidir) Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, rayon məşğulluq idarəsini gülləyə tutacağını bildirib. Spirtli içkinin təsiri altında olan şəxs bu məqsədlə odlu silah aldığını da qeyd edib.
Polis əməkdaşları şəxsin yaşadığı ünvana gələrək, onu sakitləşdirmək istəsələr də, həmin şəxs polisə tabe olmadan hərəkətlərinə davam edib.
Polis əməkdaşları Ənvər Ağayevi saxlayaraq barəsində protokol tərtib ediblər və iş məhkəməyə göndərilib. Samux Rayon Məhkəməsinin qərarı ilə Ə.Ağayev səkkiz sutka həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:07 / 13.03.2026
Samuxda 60 yaşlı sərxoş kişi məşğulluq idarəsini gülləyə tutmaq istədi, həbs olundu
Hazırda oxunan: Samuxda 60 yaşlı sərxoş kişi məşğulluq idarəsini gülləyə tutmaq istədi, həbs olundu
Hazırda oxunan: Samuxda 60 yaşlı sərxoş kişi məşğulluq idarəsini gülləyə tutmaq istədi, həbs olundu
601343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































