“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda yüz altmış mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici yüz minin altında olub".
Bizim.Media xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
"2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, əgər bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən bir milyon olacaq.
Bu da əlli minə yaxın müəllimin ixtisarı riskləri yaradır.
Bir neçə on ildən sonra isə yəqin ki, pensiyada olan əhali ilə işləmək qabiliyyətində olan əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcək ki, bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılacaq”, - Əli Əhmədov əlavə edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:27 / 13.03.2026
Vitse-spiker: “50 minə yaxın müəllim ixtisar edilə bilər”
Hazırda oxunan: Vitse-spiker: “50 minə yaxın müəllim ixtisar edilə bilər”
Hazırda oxunan: Vitse-spiker: “50 minə yaxın müəllim ixtisar edilə bilər”
601309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































