Mayda 14 gün qeyri-iş günü OLACAQ

Hazırda oxunan: Mayda 14 gün qeyri-iş günü OLACAQ

601302

May ayında həftə sonları da daxil olmaqla 14 gün qeyri-iş günü olacaq.

Bizim.Media Operativ Media-ya istinadən xəbər verir ki, 9 May – faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyinə görə, mayın 11-i də qeyri-iş günü olacaq.
 

Bu il Azərbaycanda Qurban Bayramı 27-28 may tarixlərinə təsadüf edəcək. Həmçinin 28 May – Müstəqillik Günü də qeyri-iş günü olduğuna görə, 29 may tarixində də iş olmayacaq.


Bununla da, 9, 10, 11 may və 27, 28, 29, 30, 31 may tarixlərində ardıcıl qeyri-iş günləri olacaq.

Beləliklə, həftə sonları da daxil olmaqla may ayında 14 gün qeyri iş günü olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin