Qubada qəzada 27 yaşlı gənc həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qımılqazma kəndinin ərazisində baş verib.
Bakı sakini 27 yaşlı Elçin Yusifov idarə etdiyi kvadrosikli Quba-Xınalıq yolundakı beton maneəyə vurub. O hadisə yerindıcə ölüb.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu






























































































