Sumqayıtda baş verən partlayışın SƏBƏBİ BİLİNDİ

Hazırda oxunan: Sumqayıtda baş verən partlayışın SƏBƏBİ BİLİNDİ

601285

Sumqayıtda baş verən partlayışın səbəbi məlum olub.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
 

Şəhərin 47-ci məhəlləsində yaşayış binalarının birindəki mənzilin kombi sistemində nasazlıq yaranıb və ev sahibi bu məqsədlə usta çağırıb. Ustalar sistemi təmizləyərkən kombidə yüksək təzyiq yaranıb və partlayış baş verib.


Partlayış nəticəsində kombi ustaları - 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin