Məktəbli atasını onu danladığı üçün güllələyibmiş... – Gəncədəki qətlin TƏFƏRRÜATI

Hazırda oxunan: Məktəbli atasını onu danladığı üçün güllələyibmiş... – Gəncədəki qətlin TƏFƏRRÜATI

601167

Gəncədə yeniyetmə oğlanın öz atasını güllələməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Atasını öldürən məktəbliyə CİNAYƏT İŞİ açıldı


Bizim.Media Yurd.Media-ya istinadən xəbər verir ki, hadisəyə səbəb atanın övladına dərslərini oxuması üçün danlamasının səbəb olduğu bildirilir.

Mərhum 44 yaşlı Elçin Nağıyev Daşkəsən rayon, Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini işləyib. O, dörd uşaq atası olub.
 

Cinayəti törətməkdə şübhəli bilinən isə onun cüdo idman növü ilə məşğul olan 17 yaşlı oğlu K.Nağıyevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.


Qeyd edək ki, faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin