İrandan gətirilən portağallarda rəngləyici maddə AŞKARLANDI

Hazırda oxunan: İrandan gətirilən portağallarda rəngləyici maddə AŞKARLANDI

601162

İrandan Azərbaycana gətirilən 21 tondan çox portağalda rəngləyici maddə aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 

AQTA-nın nəzarət tədbirləri çərçivəsində "Karvan Agro" MMC-nin İrandandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 200 kq portağal məhsulundan nümunələr götürülüb.


Aparılan laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb və İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin