Qorbaçovu Cəlilabadla nə bağlayırdı? – ARAŞDIRMA

Hazırda oxunan: Qorbaçovu Cəlilabadla nə bağlayırdı? – ARAŞDIRMA

601149

Azərbaycan ərazisində tarixən kifayət qədər rus kəndləri olub. XIX əsrdə Çar Rusiyası dövründə köçürülən, yaxud qovulan rus icmaları (əsasən molokan və duxobor, subbotniklər) tərəfindən salınmış bu kəndlərin əhalisi bəzən özlərinə qapanaraq öz dünyalarını qurub, bəzən də yerli azərbaycanlılarla qaynayıb-qarışaraq beləcə uzun müddət yaşayıblar.
 

Azərbaycanda İsmayıllıda İvanovka, Gədəbəydə Novoivanovka və Slavyanka kəndləri hələ də qalmaqdadır. İvanovkada molokan icması özünəməxsus təsərrüfatlarını qoruyub saxlayırlar. Bundan başqa, Cəlilabadın  Privolnoye kəndinin də adı qalmaqdadır. Astaranın Kamışovka kəndi yaxın illərdə Qamışoba, Masallının Kalovkası isə Viləş adlandırıldı.


Amma digər rus kəndləri zamanla əhalisi köçüb yaşlılar da dünyasını dəyişdiyinə görə azərbaycanlaşıb, adları da dəyişdirilib. Ümumilikdə, XIX əsrdə təxminən 30 rus kəndi olub.

Əsasən, Quba, Qusar, Xaçmaz, Biləsuvar, Cəlilabad, Gədəbəy və İsmayıllıda daha çox rus kəndlərinə rast gəlinib. Bundan başqa, Sövet dövründə də bəzi rayonların və kəndlərinin adları rus mənşəli olub.

Quba rayonunda rus mənşəli və ya rus əhalisi olan kəndlərdən bunlar qeyd olunur

Yelenovka –  Hacıhüseynli

Novonikolayevka – Çaydüzü

Petropavlovka – Dəlləkli

Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması Milli Məclisdə təklif edilir.

Qusar ümumiyyətlə rus hərbi koloniyaları ilə tanınırdı, çünki burada çar Rusiyasının sərhəd qoşunları yerləşirdi. Elə Qusar sözünün özü də rus adıdır, hələ də dəyişdirilməyib.

Aleksandrovka –  Uzunoba

Mixaylovka – Piral

Nikolayevka – Aşağı Ləgər

Şirvanovka – Şirvanlı
 

Cəlilabad rayonunun da adı əvvəlcə Astraxanbazar olub. Burada molokan kəndləri vardı. Üstəlik Çar Rusiyasının sürgün ərazilərindən hesab olunurdu. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun ailəsi də Cəlilabadda yaşayıb, hətta onun böyük bacısı da burada anadan olub.


Privolnoye – olduğu kimi qalır. Burada iudaizmə inanan ruslar yaşayırdı, onlara subbotniklər deyilirdi.

Petropavlovka – Uzuntəpə

Pokrovka – Günəşli

Andreyevka – Qarazəncir

Prişib – Göytəpə

Dikalovka və Zlobinka isə Sabirabad adı ilə birləşdirilib.

Biləsuvar rayonu.

Əvvəlki adı Puşkino rayonu olub.

Burada da rus kolonist kəndləri olub:


Andrevka – Ağalıkənd,

Konstantinovka – İsmətli,

Arxangelovka – Bağbanlar,

Novomixaylovka - Zəhmətabad,

Novoqrajdanovka - Çinarlı,

Tatyanovka​ – Aranlı,

Kulibinka - Ovçubərə,

Kirovka - Mircəlal (1998),

Fioletovka isə - Çaylı (01.09.2005) adlandırılmışdır.

Şamaxı rayonu rus molokan kəndlərinin ən böyük mərkəzlərindən idi.

Kalinovka – Qızmeydan

Kirovka (yaxud Maryevka) – Nağaraxana

Novodmitriyevka – Qurdtəpə

İsmayıllı rayonu

İvanovka – adı dəyişməyib, Azərbaycanda hələ də molokanların yaşadığı ən məşhur rus kəndidir.

Novosaratovka – Qalacıq

Gədəbəy rayonu

Slavyanka – rus molokan kəndi, adı saxlanılıb

Novoivanovka da saxlanır, əvvəlki adı Qarapapaq, Qərib Seyid olub.

Novoqorelovka – Ərtəpə

Orconikidze – Nərimankənd

Novospasovka – Pirbulaq

Xaçmaz rayonu

Alekseyevka – Çaykənarı kəndi ,

Krasnı Xutor kənd – Şıxlı,

Borispol – Sərkərli

Vasilyevka – Ağçay

Rodnikovka – Ağtala

Xaraxovka – Palıdlı

Aronovka – Əzizli

Xızı rayonu

Çıstı Klyuç – Safbulaq kəndi  

Oğuz rayonu

Astarxanovka – Çaldaş kəndi,

Vladimirovka – Çayqovuşan.

Qeyd edək ki, təkcə 1990-cı illərdə Azərbaycanda 100-dən çox rus mənşəli toponim (kənd, qəsəbə, küçə adı) dəyişdirilib. Bundan başqa rayon və şəhərlərdən Gəncə (Yelizavetpol 1918, Kirovabad 1989), Ağstafa (Yelizavetinka 1914, Lüksemburq 1939), Cəlilabad (Astraxanbazar 1967), Füzuli (Qaryagin 1959), Sabirabad (Petropavlovka 1931), Beyləqan (Jdanov 1991), Qəbələ (Qutqaşen 1991), Oğuz (Vartaşen 1991), Puşkino (Biləsuvar 1991),  Şərur (Noraşen 1964, İliç 1991) Qaradağ (Molotov 1956), Göygöl (Yelenino 1938),  Tovuzun (Vinogradnoye Pole 1937) adları dəyişdirilib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin