Lənkəranda kişi sevgilisini dəniz kənarında döyüb.
Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.
Lənkəran rayonunun Şağlaküçə kənd sakini, iki uşaq atası Asiman İmanov (soyadı şərtidir) həmyerlisi Aysellə sevgili olub. Bir müddət sonra Aysellə Asiman arasında münasibət pozulub və onlar bir neçə gün bir-biri ilə əlaqə saxlamayıblar.
Hadisədən bir müddət sonra gecə saatlarında Aysel Asimana zəng vuraraq, onunla görüşmək istədiyini bildirib. Asiman həmin vaxt evdə olduğunu bildirib. Qadın yaşadığı yerdən taksi ilə Asimanın yaşadığı küçəyə gəlib və Asimanı çağırıb.
Asiman avtomobili ilə Ayselin dediyi yerə gəlib, avtomobilə əyləşib dəniz kənarına gediblər. Onlar dəniz kənarında söhbət edərkən aralarında mübahisə yaranıb və qadın Asimanı söyüb. Nəticədə tərəflər arasında dava yaranıb və Asiman dəniz kənarında Ayseli döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, Asiman İmanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə olunduğundan cinayət işinə xitam verilib.
Bizim.Media

































































































