Bakıda lüks idman avtomobilinin yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, görüntülərdə “Ferrari” markalı qırmızı avtomobilin Xətai rayonu Yusif Səfərov küçəsində avtobus zolağında hərəkət etməsi və daha sonra Heydər Əliyev prospektinə doğru istiqamətlənməsi əks olunub.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaqdan istifadə edən sürücünün qaydaları nümayişkəranə şəkildə pozması və bunu videoya çəkməsi birmənalı qarşılanmayıb.
Həmin görüntüləri təqdim edirik: (Qafqazinfo.az)
Bizim.Media

































































































