Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

Hazırda oxunan: Süni intellektlə hazırlanmış foto və videoların yayımı ilə bağlı YENİ TƏLƏB

601102

Süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması ilə bağlı hüquqi tələblər müəyyənləşdirilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materiallarının yayılmasına yol verilməməlidir. 

Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə - səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə tətbiq ediləcək. 

Qeyd edək ki, bu maddədə "nişanlanma" dedikdə, foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin