Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Hazırda oxunan: Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

601098

Mediada yayımlanan informasiyaya dair tələblər artırılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə görə, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.

Bu hal baş verərsə, yayım Şuranın qərarı ilə 24 (iyirmi dörd) saat müddətinədək müvəqqəti dayandırılacaq.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin