Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Hazırda oxunan: Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

601095

Dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Bundan əlavə, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydalarını tənzimləyən normalarında, barələrində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxslərə sənədlərin çatdırılması qaydalarına da dəyişiklik edilir.

Belə ki, hazırda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 57.6.3-cü maddəsinə görə qərarın rəsmi verilməsi həmin qərarın verildiyi vaxt hesab olunur. 

Təklif edilən dəyişikliyə əsasən isə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab ediləcək.

Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin