Arvadını öldürdü, qalıqlarını 10 ildən çox anbarda gizlətdi

Hazırda oxunan: Arvadını öldürdü, qalıqlarını 10 ildən çox anbarda gizlətdi

601092

Yaponiyada məhkəmə həyat yoldaşını öldürdükdən sonra onun qalıqlarını uzun illər gizlədən kişiyə hökm oxuyub.

Bizim.Media xəbər verir ki, məlumata görə, 51 yaşlı Hitoşi Hoya arvadını öldürdükdən sonra cəsədin qalıqlarını icarəyə götürdüyü anbarın içində metal çəndə gizlədib. Qalıqlar həmin anbarda 10 ildən artıq müddətdə saxlanılıb.
 

İstintaq materiallarına görə, cinayət təxminən 2011-ci ildə baş verib. Hoya həyat yoldaşını öldürdükdən sonra cəsədi hissələrə ayıraraq kimyəvi maddə ilə doldurulmuş metal konteynerdə saxlayıb və onu kirayə götürdüyü anbarda gizlədib.


Hadisə uzun illər gizli qalsa da, 2024–2025-ci illərdə aparılan yoxlama zamanı üzə çıxıb. Polis kirayə anbarlarında aparılan rutin yoxlama zamanı şübhəli konteyner aşkar edib.

Anbarın əməkdaşları konteynerdən gələn kəskin qoxu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis çəni açdıqdan sonra içərisində insan qalıqları olduğunu müəyyən edib.

DNT ekspertizası nəticəsində qalıqların Hitoşi Hoyanın illər əvvəl yoxa çıxmış həyat yoldaşına məxsus olduğu müəyyənləşdirilib.
 

Polis araşdırma zamanı anbarın uzun müddət eyni şəxsin adına kirayədə olduğunu müəyyən edib və kirayə müqaviləsi Hitoşi Hoyaya aid olub. Bundan sonra o saxlanılıb və istintaq zamanı cinayətdə iştirakını etiraf edib.


İstintaq materiallarına görə, cütlük arasında uzun müddət ailədaxili münaqişələr yaşanıb.

Yapon məhkəməsi Hitoşi Hoyanı cəsədin gizlədilməsi, cinayət faktının ört-basdır edilməsi maddələri üzrə təqsirli hesab edib.

Prokurorluq bildirib ki, cinayətin uzun illər gizlədilməsi və qurbanın taleyinin ailəsi üçün naməlum qalması işi xüsusilə ağırlaşdıran hal kimi qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin