Azərbaycanda 8 şirkət və 5 sahibkara cinayət işi açıldı - SƏBƏB

Hazırda oxunan: Azərbaycanda 8 şirkət və 5 sahibkara cinayət işi açıldı - SƏBƏB

60107

Azərbaycanda 8 şirkətə cinayət işi açılıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Quba və Xaçmaz rayonları ərazisində yerləşən Qaraçay, Vəlvələçay, Qudyalçay və Babaçay adlı cəmi 4 qum-çınqıl yataqlarında fəaliyyət göstərən qum-çınqıl karxanalarında araşdırma aparılıb.

Ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin iştirakı ilə GPS cihazları vasitəsilə ölçü işləri aparılaraq əraziyə baxış keçirilib, müxtəlif sorğular göndərilib.

İlkin hesablamalara görə, 8 şirkət və 5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin fəaliyyətində 6 milyon manatdan çox məbləğdə ziyana səbəb olan qanun pozuntuları aşkar edilib.
Araşdırma nəticəsində fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 13 cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin