Zaqatala şəhərinin SAKİNLƏRİNƏ: İçməli su olmayacaq

Hazırda oxunan: Zaqatala şəhərinin SAKİNLƏRİNƏ: İçməli su olmayacaq

601041

Zaqatala şəhərinin su xəttində qəza baş verib. Nəticədə şəhərin 14 küçə və prospektində suyun verilməsi müvəqqəti dayandırılıb. 

Bizim.Media-nın yerli bürosu Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə istinadən bildirir ki, su xəttindəki qəza şəhərin 28 may küçəsində qeydə alınıb. 

Şəhərin Heydər Əliyev, N.Nərimanov, Tağıyev, Həzi Aslanov, M.Rəsulzadə, 28 may, Sabir, Füzuli, Ü.Sadıqov küçələrində, Azərbaycan prospekti, Nizami, A.Qardaşov, F.Əmirov, Vidadi və s. küçələrinin bir hissəsində su təchizatı müvəqqəti dayandırılıb.

Suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra təmin ediləcək.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin