Hövsanda baş verən qətlin GİZLİNLƏRİ – Elşən Gülnarı niyə boğmaq istəyib? - ÖZƏL

Hazırda oxunan: Hövsanda baş verən qətlin GİZLİNLƏRİ – Elşən Gülnarı niyə boğmaq istəyib? - ÖZƏL

60092

İki həftə əvvəl Suraxanı rayonu Hövsan qəsəbəsində baş verən dəhşətli cinayətin təfərrüatları məlum olub. Kiçik qəsəbədə hər kəs indi də təccüb içindədir. Olduqca mehriban, sakit bir ailənin faciə ilə sonlanması həzm edilmir.  

Söhbət 31 yaşlı Gülnar Vəlizadənin çox sevdiyi və övladlarının atası olduğu 32 yaşlı Elşən Hadızadəni qətlə yetirməsindən gedir. 

Bəs qətl necə baş verib?

Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, hadisə cütlük arasında yaşanan münaqişə səbəbindən baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ərini bıçaqla öldürən qadının görüntüləri yayıldı -  FOTO


Əslində Bizim.Media-ya hadisə barədə danışan qonşular da ilk səbəb kimi münaqişəni əsas gətirdilər.

Amma qadının həyat yoldaşını öldürmək, ümumiyyətlə ona nə vaxtsa xətər yetirmək kimi bir niyyəti, istəyi olmayıb. Dediklərinə görə ailə 2 ildən çox idi ki, ayrı evə çıxıb, mehriban yaşayırmış. Elşən Hadızadə usta, həyat yoldaşı Gülnar Vəlizadə isə evdar qadın olub. Onların 2 azyaşlı övladı da var. 

Hadisə baş verən gün Gülnarla Elşən arasında mübahisə yaşanıb. Yeni köçdükləri üçün, evin əşyaları və məişət ləvazimatları ortada olub.

Mübahisə qızışdığı üçün Elşən Gülnara müqavimət göstərməyə, hətta onu boğmağa çalışıb. Özünü müdafiə etməyə çalışan və əlindən qurtulmaq istəyən Gülnar isə ləvazimatların arasından bıçağa əl atıb. Qadın qeyri-ixtiyari həyat yoldaşının qaraciyər nahiyyəsinə xəsarətlər yetirib. Elşəni qan içində görən qadın təcili tibbi yardım çağırmaq istəsə də, yoldaşı qoymayıb. O, hüquq mühafizə orqanlarına xəbər çatmasından ehtiyatlanıb. Amma bıçaqlanan Elşən çoxlu qan itiridiyi üçün vəziyyəti ağırlaşıb. Artıq xəstəxanaya aparılanda isə dünyasını dəyişib. 
 

Ailəyə yaxın birinin dediyinə görə qətli törətmiş Gülnar hazırda Kürdəxanı təcridxanasında saxlanılsa da, psixoloji durumu tam yerinə gəlməyib. Qadın baş verənlərdən hələ də şok içindədir. Azyaşlı uşaqları isə ata nənəsi tərəfindən aparılıb.  


Qeyd edək ki, rayon prokurorluğundan verilən məlumata görə, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Elşən Hadızadənin həyat yoldaşı, Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. Qadın şübhəli şəxs qismində saxlanıb. Fakta görə, Suraxanı rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin