Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı

Hazırda oxunan: Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı

600918

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədr müavinləri - Əvəz Qocayev və Hüsnü Quliyev vəzifələrindən kənarlaşdırılıb.

Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, bu addımın atılmasına səbəb sözügedən şəxslərin Dövlət Avtomobil Yolları Agentliyində fəaliyyəti dövrünün yoxlanılması ilə bağlıdır. Yoxlamalar AAYDA-nın sabiq rəhbəri Saleh Məmmədovun fəaliyyətinə də şamil olunub. 
 

Sözügedən şəxslərin və Saleh Məmmədovun AAYDA-da çalışan qohumlarının yaxın günlərdə tutduqları vəzifədən də azad olunacağı gözlənilir.


Qeyd edək ki, Əvəz Qocayev və Hüsnü Quliyev Saleh Məmmədovun əsas kadrları hesab olunurlar.

Xatırladaq ki, Vüsal Nəsirli 6 fevral 2026-cı ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin yeni sədri təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin