Bakıda küçədə qadınlara şillə vurub qaçan şəxslə bağlı QƏRAR - VİDEO 

Hazırda oxunan: Bakıda küçədə qadınlara şillə vurub qaçan şəxslə bağlı QƏRAR - VİDEO 

60091

Yasamal Rayon Məhkəməsi qadınlara qarşı xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən Əhməd Hüseynov barəsində qərar çıxarıb. 

Bizim.Media “Report”a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda küçədə qızlara hücum edən şəxs: “Bu, mənim hobbimdir” - YENİLƏNİB/VİDEO


Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov bur neçə gün əvvəl ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib. 

Belə ki, o, bir neçə qadına küçədə sillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. 

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin