Martın 11-də Xocalı rayonunun Xanabad kəndinə növbəti köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli müxbirinə verilən məlumata görə, 103 nəfərdən ibarət 21 ailə doğma yurduna qayıdıb.
Xocalı şəhərində sakinlərə yeni mənzillərin açarları təqdim olunub.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev bildirib ki, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma işləri günbəgün sürətlənir və həyata keçirilən layihələrin əsas məqsədi keçmiş məcburi köçkünlərin qısa müddətdə doğma torpaqlarına qayıdışını təmin etmək, bölgədə dayanıqlı yaşayış mühiti yaratmaqdır.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və quruculuq proqramları çərçivəsində yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır və əhalinin rahat yaşayışı üçün bütün zəruri şərait təmin olunur.
Xanabad kəndinə köçürülən ailələr üçün də bərpa edilmiş fərdi yaşayış evləri bütün zəruri kommunal xidmətlərlə təmin olunub.
Doğma yurdlarına qayıdan sakinlər isə dövlət tərəfindən yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək, uzun illərdən sonra ata-baba torpaqlarına qovuşmağın sevincini yaşadıqlarını qeyd ediblər.






Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:21 / 11.03.2026
Xanabad kəndində 21 ailəyə mənzillərin açarları təqdim olundu - FOTO
Hazırda oxunan: Xanabad kəndində 21 ailəyə mənzillərin açarları təqdim olundu - FOTO
Hazırda oxunan: Xanabad kəndində 21 ailəyə mənzillərin açarları təqdim olundu - FOTO
600897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































