Kilosu 1 manatdır — Təzyiqin ən güclü təbii dərmanıdır

Hazırda oxunan: Kilosu 1 manatdır — Təzyiqin ən güclü təbii dərmanıdır

600854

Həkimlər qidalanmanın arterial təzyiqə birbaşa təsir göstərdiyini dəfələrlə vurğulayır. Hipertoniyadan əziyyət çəkən şəxslərə duz miqdarını azaltmaq və menyuda banan kimi faydalı məhsullara yer ayırmaq məsləhət görülür. Son araşdırmalar isə siyahıya daha bir əlavəni təqdim edir.

Bizim.Media xəbər verir ki, həkim Əmir Xanın sözlərinə görə, çuğundur təzyiqi aşağı salmaq üçün güclü vasitədir.

Onun sözlərinə görə, çuğundurun tərkibindəki nitratlar orqanizmdə azot oksidə çevrilir.

Bu birləşmə qan damarlarının genişlənməsinə şərait yaradır və qan dövranını asanlaşdırır. Həkim gündəlik olaraq 250 millilitr çuğundur şirəsi içməyin nəzərəçarpacaq effekt verə biləcəyini vurğulayır.
 

Bununla belə, hər kəsin ehtiyatlı olması vacibdir. Çuğundur şirəsi qanda şəkərin səviyyəsini yüksəldə bildiyi üçün şəkərli diabetdən əziyyət çəkənlər bu qidanı rasionlarına daxil etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.


Təzyiqlə bağlı narahatlıqlar zamanı digər qida vərdişlərinə də diqqət yetirmək lazımdır. Kardioloq Denis Sokolov bildirir ki, bəzən hətta bir fincan kofe belə təzyiqin qəfil yüksəlməsinə səbəb ola bilər. Lakin müntəzəm kofe istehlak edən insanlarda orqanizm kofeinə qarşı müəyyən dərəcədə dözümlülük qazanır.

Qeyd edək ki, hər bir orqanizmin fərqli olduğunu və həkim tövsiyələrinin əsas yer tutduğunu unutmaq lazım deyil. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin