Demokrat.az 8 yaşında!

Hazırda oxunan: Demokrat.az 8 yaşında!

600849

Bu gün Azərbaycanın populyar xəbər portallarından biri olan Demokrat.az xəbər saytının fəaliyyətə başlamasından 8 il ötür.

Bizim.Media xəbər verir ki, azərbaycandilli xəbər resursları arasında özünəməxsus dəsti-xətti ilə seçilən Demokrat.az portalının əsası 11 mart 2018-ci ildə qoyulub.

Hazırda sayt ölkənin tanınmış media strukturlarından biri olan “Demokrat Media” şirkətinin tərkibində fəaliyyət göstərir.

Fəaliyyətə başladığı ilk gündən müstəqillik və obyektivlik prinsiplərinə sadiq qalan portal cəmiyyətin müxtəlif təbəqələrinin səsini çatdıran informasiya platforması olmağı qarşısına məqsəd qoyub. Qısa müddət ərzində peşəkar jurnalistika prinsiplərinə sadiqliyi ilə seçilən Demokrat.az artıq özünə geniş oxucu auditoriyası formalaşdırmağı bacarıb.
 

Demokrat.az həm də Media Reyestrindən keçən ilk internet resursları sırasındadır. Portal Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin inkişafı, iqtisadi dayanıqlığının artırılması və cəmiyyət üçün əhəmiyyətli layihələrin həyata keçirilməsi məqsədilə keçirilən müsabiqənin qaliblərindən biri olub.


Azərbaycanın informasiya məkanında mühüm mövqeyə malik olan Demokrat.az yarandığı dövrdə çətinliklərə baxmayaraq, sağlam rəqabətlə bu gün də inkişaf etməkdədir.

Bizim.Media redaksiyası adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin