Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO

Hazırda oxunan: Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO

600831

"Məndən başqa 86 nəfər də aldadılıb. 19 min manata yaxın pul ödədim, ortada nə maşın var nə pul".

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərzində onlarla belə şikayət işıqlandırılıb.

Fərqli şirkətlər və fərqli şəxslər olsa da, eyni vədlərlə aldadılan insanların sayı xeyli artıb.

Nəzərə alsaq ki, xaricdən avtomobil sifariş etmək əksər hallarda daxili bazardan daha ucuz başa gəlir, bu səbəbdən belə xidmətlərə tələbat da yüksəkdir.

Bəs vətəndaşlar aldadılmamaq üçün nə etməlidirlər?

Mütəxəssislərin sözlərinə görə, belə halların qarşısını almaq üçün ilk növbədə alış-verişin rəsmi qaydada həyata keçirilməsi vacibdir.

Onlar bildirirlər ki, müqavilə bağlanmadan pul verilməməli, şirkətin rəsmi qeydiyyatı yoxlanılmalı, ödənişlər bank köçürməsi ilə həyata keçirilməli və müvafiq qəbz tələb olunmalıdır.

Bundan əlavə, avtomobil sifarişi zamanı ödənişin 100 faiz əvvəlcədən edilməməsi də tövsiyə olunur.

Daha ətraflı videoda:

Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin