ABŞ alimlərinin apardığı araşdırmaya görə, toksik insanlarla ünsiyyət bioloji qocalmanı təxminən 1,5 faiz sürətləndirə bilər.
Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu elmi jurnal olan "Proceedings of the National Academy of Sciences" (PNAS) portalında dərc olunub.
Araşdırma çərçivəsində alimlər 2300-dən çox insanın fizioloji göstəricilərini və həyat tərzini təhlil ediblər. Tədqiqat iştirakçıları fiziki və psixoloji sağlamlıqları barədə məlumat verib, həmçinin DNT nümunələri təqdim ediblər.
Nəticələr göstərib ki, ətrafında xoşagəlməz və ya düşmən münasibətli insanlar olan iştirakçıların bioloji yaşı yaşıdları ilə müqayisədə daha yüksəkdir. Maraqlıdır ki, ən pis nəticələr toksik kimi dostlarını və ya qohumlarını göstərən şəxslərdə qeydə alınıb. Tərəfdaşlarını (həyat yoldaşı və ya sevgili) toksik hesab edənlərdə isə bu təsir nisbətən zəif olub.
Tədqiqat müəllifləri bunu belə izah edirlər: Nikah və sabit münasibətlər toksik ünsiyyətin bəzi mənfi təsirlərini yumşalda bilər. Məsələn, münasibətdə olan insanlar təkliyi daha az hiss edir və bu da psixoloji stressi qismən azaldır.
Bununla belə, alimlər vurğulayırlar ki, toksik sosial mühit istənilən halda sağlamlığa mənfi təsir göstərir.
Daimi stress orqanizmdə qocalma prosesini sürətləndirə bilər.
Araşdırmaya qatılanların təxminən üçdə biri həyatlarında ən azı bir problemli və ya toksik insanın olduğunu bildirib. Respondentlərin 10 faizi isə ətraflarında iki və ya daha çox belə şəxsin olduğunu qeyd edib. (Axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:51 / 11.03.2026
Tez qocalmaq istəmirsinizsə, bu insanlarla ünsiyyətdən QAÇIN
Hazırda oxunan: Tez qocalmaq istəmirsinizsə, bu insanlarla ünsiyyətdən QAÇIN
Hazırda oxunan: Tez qocalmaq istəmirsinizsə, bu insanlarla ünsiyyətdən QAÇIN
600830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































